Daxili qulaq

Daxili qulaq
Latınca auris interna et labyrinthus osseus
Qrey subyekt 232 1047
Sistem Duyğu-hissiyyat
Üzv Müvazinət-eşitmə
Arteriya lat. arteria labyrinthi, arteria auditiva interna
MeSH Inner+ear
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daxili qulaq (lat. auris interna) ya sümük labirint (lat. labzrinthis) gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşmişdir. Vəzifə etibarilə eşitmə və müvazinət üzvlərinin ən əhəmiyyətli hissəsidir. sümükzarlı labirint hissələrə bölünür. Zarlı labirint sümük labirintin içərisində yerləşir, və forma cəhətcə bir-birilərinə müvafiqdirlər. Orta qulağın içəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır. Bunun mərkəzində bir hündürlük - lat. promontorium vardır. Bundan aşağı və dala ilbiz pəncərəsi - lat. fenestra cochleae (fenistra rotunda-BNA) yerləşmişdirki bu da ilbiz başlanğıcına açılır və özü də ikinci qulaq pərdəsi - lat. membrana tympani secundaria deyilən zar ilə örtülmüşdür. Həmin hündürlüyün yuxarısında dəhliz pəncərəsi (oval pəncərə) - lat. fenestra vestibuli (fenestra ovalis-BNA) yerləşmişdir; bu pəncərə dəhliz labirintinə açılır və qulaq sümükcüklərindən üzəngi əsası ilə tutulmuşdur. Dəhliz pəncərəsindən yuxarı və bir qədər dala üz siniri kanalının divarı tərəfindən əmələ gəlmiş hündürlük - lat. prominentia canalis fascialis yerləşmişdir.


Developed by StudentB